Azərbaycan Ordusunun dünən təmas xəttindən meyiti götürülən hərbçisi dəfn olunub
20.04.2016 12:52 Siyasi reaksiya 1055
Azərbaycan Ordusunun ermənilərlə döyüşdə şəhid olan kiçik giziri dəfn edilib.
Reaksiya.info-nun APA-ya istinadən məlumatına görə, Baxışov Seymur Qulamhüseyn oğlu Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində Müdafiə Nazirliyinin, Sumqayıt şəhər İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, S. Baxışov aprelin əvvəlində keçirilən son döyüşlərdə şəhid olub. Onun meyiti aprelin 19-da təmas xəttindən götürülüb.
Şərhlər