Azərbaycanda sabiq icra başçısına hökm oxundu - 8 il 6 ay
20.04.2016 13:05 Siyasi reaksiya 920
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qobustan rayonunun keçmiş icra başçısı Rafiq Alışovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Reaksiya.info-nın Trend-ə istinadən məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Rafiq Alışov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, R.Alışov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 320( saxta sənəd) maddələri ittiham verilib.
İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.
Məhkəmənin hazırlıq iclasında o həbs edilib.
Rafiq Şıxməmməd oğlu Alışov 1994-2001-ci illərdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. R.Alışov 2013-cü ildə də eyni maddə ilə Xəzər Rayon Məhkəməsinin qərarı ilə həbs edilib.
Şərhlər