Yeni qurum təsis olundu
21.04.2016 22:02 Siyasi reaksiya 1204
Aprelin 20-də «Beynəlxalq İnformasiya və Tədqiqqatlar İnstitutu» İctimai Birliyinin (International Information and Research Institute) təsis konfransını keçirib. Bu haqda məlumatı qurumun sədri Zaur Qəriboğlu verib. Zaur Qəriboğlunun fikrincə, dünyada, əsasən də müharibə və münaqişə ocaqlarında baş verənlər haqqında oxucuya və beynəlxalq ictimaiyyətə dolğun, dəqiq və qərəzsiz informasiyaların hazırlanmasına və yayılmasına ehtiyac var:”Azərbaycanın Ermənistan Hərbi Birləşmələri tərəfindən işğal edilən torpaqlarında son 25 il ərzində, eləcə də son bir ayda baş verənlər göstərdi ki, informasiya müharibəsində fəallığın gücləndirilməsinə və qələbəyə zərurət Regionda və ölkədə baş verən proseslərlə bağlı, eləcə də hərbi hücümlar haqqında araşdırma-təhlillərin aparılması, hesabatların hazırlanması üçün «Beynəlxalq İnformasiya və Tədqiqqatlar İnstitutu» İctimai Birliyini yaratmaq qərarına gəldik. Birliyin fəaliyyətinin əsas istiqamətlərinə dünyada bu gün fəaliyyət göstərməkdə olan araşdırma mərkəzləri, beyin mərkəzləri, aparıcı media qurumları və fondlarla sıx əməkdaşlıq etmək, regionun geosiyasi maraqlarına uyğun olaraq ölkəmizin dünyada artan nüfuzunun tədqiqi ilə bağlı “dəyirmi masa”lar, elmi-praktik konfranslar, simpoziumlar, forumlar, o cümlədən, beynəlxalq miqyaslı tədbirləri təşkil etmək, dünyanın müxtəlif bölgələrində mövcud vəziyyəti analiz etmək, dünyadakı münaqişə ocaqları, regional və təhlükəsizliyi ilə bağlı tədqiqatlar aparmaq və nəticəni KİV vasitəsi ilə ictimaiyyətə çatdırmaq, gənc araşdırmaçılar üçün dünyanın aparıcı tədqiqat mərkəzlərinin iştirakı ilə birgə təcrübə kurslarının təşkil etmək, dövlət, qeyri-hökumət təşkilatları və beynəlxalq qurumlarla əməkdaşlıq, jurnalistlər üçün informasiya bankının yaradılması, regionda baş verən münaqişə ocaqlarının araşdırılması, mövcud vəziyyətdən optimal çıxış yolları barəsində obyektiv, qərəzsiz təhlillərin aparılması və bu təhlillərin ictimaiyyətə çatdırılması məqsədi ilə Birlik üzvlərindən ibarət xüsusi analitik qrupun təşkil edilməsi, regionda insan hüquq və azadlıqlarının təmini yönündə araşdırmaların aparılması və müvafiq olaraq xüsusi hesabatların hazırlanmasıdır”.
Şərhlər