Amerika Milli Erməni Konqresi: Obama 1915-ci il hadisələrini "soyqırımı" adlandırmayacaq
22.04.2016 09:52 Siyasi reaksiya 1151
ABŞ prezidenti Barak Obama qondarma “erməni soyqırımı” ilə bağlı ənənəvi müraciətində 1915-ci ildə baş verənləri “soyqırımı” adlandırmayacaq.
APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Amerika Milli Erməni Konqresindən (ANCA) bildirilib. Məlumatı ANCA-ya ABŞ prezidenti yanında Milli Təhlükəsizlik Şurasının rəsmi şəxs verib.
ANCA-nın icraçı direktoru Aram Ambaryan Barak Obamanın qondarma “erməni soyqırımı” iddiaları ilə bağlı vədinə xilaf çıxdığını deyib.
Şərhlər