"Bu günə-sabaha Ağdərəni, ardınca Xankəndini də azad edəcəyik"

23.04.2016 15:10     Siyasi reaksiya     3668

1992-ci il - Ağdərə döyüşlərindən videokadrlar.

ANS-in Qızıl Fondu 1992-ci ildə Ağdərə ətrafındakı döyüşlərdən bəhs edən videokadrları təqdim edir. Həmin istiqamətdəki döyüşlərdə iştirak edən könüllülər dəstəsinin komandiri Rasim Əkbərov öz təssüratlarını belə bölüşüb: 

"Hamı baş-başa versin. Hamı ağsaqqalını tanısın, çəkici bir yerə vursun. Bizə kömək olsa, ermənilər heç nə edə bilməyəcək. Allah qoysa, bu günə, sabaha Ağdərəni, ardınca Xankəndini, özlərinə də yığışmasalar İrəvanı da alacağıq". 

Videoda həmçinin Ağdərədə gedən döyüşlər, döyüşlər zamanı məhv olan texnika, rayon bərbad hala düşdüyünü əks etdirən kadrları da görmək mümkündür.

ANS PRESS Vahid Mustafayev və Mir Şahinin 24 ölcə lentə aldığı reportajı təqdim edir: 

 

15 iyun 1992-ci ildə Goranboy rayonunun azad edilməsindən sonra Ağdərə istiqamətində hücum başlanılıb. Sərt müqavimətlə üzləşən ordumuz bir neçə gün içərisində rayonu mühasirəyə almağa nail olub. 708-ci briqada cənubdan, 703-cü briqada şimaldan və 701-ci briqada isə Kəlbəcər istiqamətindən hücum edib.

1993-cü ilin iyun ayından başlayaraq ermənilərin Ağdam rayonu ərazisinə hücum ediblər. Həmin vaxta qədər düşmən Ağdərə istiqamətində əks hücuma keçərək bir çox yaşayış məntəqələrini və yüksəklikləri ələ keçirib. 

 

Şərhlər

Çox oxunanlar