Qarabağdan Yerevana daha 36 yaralı əsgər aparıldı
25.04.2016 17:24 Siyasi reaksiya 951

Dağlıq Qarabağda yaralanmış erməni əsgərlərinin Ermənistana aparılması prosesi davam edir.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, son bir neçə gündə Yerevanın hərbi hospitallarına daha 36 yaralı əsgər gətirilib.
Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalının və “Muratsan” hərbi hospitalından yayılan informasiyaya görə, yaralılardan 3 hərbi qulluqçunun vəziyyəti çox ağır, 2 əsgərin vəziyyəti isə ağır dəyərləndirilir.
Digər hərbi qulluqçuların həyatına real təhlükənin olmadığı bildirilir.
Şərhlər