XİN: Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır

28.04.2016 10:37     Siyasi reaksiya     995

Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində həll olunmalıdır.

Gün.Az RİA-Novosti-yə istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Pekində keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə  deyb.

Nazir müavini əlavə edib ki, Azərbaycan münaqişənin sülh yolu ilə həlli öhdəliyinə sadiqdir.

“Beynəlxalq ictimaiyyətin beynəlxalq hüquqa əməl edilməsi və münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin həyata keçirilməsini tələb etməsi vacibdir”, deyən X.Xələfov, Dağlıq Qarabağ münaqişəsinin dünyada sülhə və təhlükəsizliyə təhdid olduğunu vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan münaqişənin həllində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə üzv ölkələrin dəstəyinə ümid edir.

Şərhlər

Çox oxunanlar