Putinin “NATO”-sundan Qarabağda müharibə - ANONSU
28.04.2016 14:56 Siyasi reaksiya 1255

“Dağlıq Qarabağda silahlı qarşıdurmanın kəskinliyi zəifləmir”.
Publika.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) rəhbəri Nikolay Bordyuja beynəlxalq təhlükəsizlik üzrə Moskva konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, münaqişənin eskalasiyası ehtimalı qalmaqdadır.
“Hazırda “dondurulmuş” münaqişələrin eskalasiyası ehtimalı mövcuddur. Son dövrlər daha da kəskinləşib. Təəssüf ki, Dağlıq Qarabağda silahlı qarşıdurma səngimir”, - deyə Bordyuja narahatlığını dilə gətirib.
Şərhlər