Kanerva: Dağlıq Qarabağda gücdən istifadə yolverilməzdir
04.05.2016 10:31 Siyasi reaksiya 965

Dağlıq Qarabağ münaqişəsi zonasında gücdən istifadə yolverilməzdir.
Gün.Az RİA- Novosti agentliyinə istinadən xəbər verir ki, bunu ATƏT Parlament Assambleyasının sədri İlkka Kanerva Helsinkidə Ermənistan XİN rəhbəri Edvard Nalbandyanla keçirdiyi görüşdə bildirib.
O, ATƏT PA-nın beynəlxalq vasitəçilik mandatına malik olan Minsk qrupu həmsədrlərinin Qarabağ probleminin sülh yolu ilə nizamlanmasına və ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin missiyasının imkanlarının genişləndirilməsinə yönələn səylərini tamamilə dəstəklədiyini qeyd edib.
Şərhlər