General Abdullayev: "Bütün qüvvəmizi səfərbər etməliyik"

07.05.2016 19:34     Siyasi reaksiya     1154

Milli.Az xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) rəisinin 1-ci müavini general-mayor Zaur Abdullayev Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş KİV namayəndələri arasında III atıcılıq turnirinin açılış mərasimində deyib.

Mətbuatın cəmiyyətdəki yerini yüksək qiymətləndirən Xidmət rəsmisi Azərbaycanın son zamanlar cəbhədə, Dağlıq Qarabağ münaqişəsi zonasında qazanılan uğurlarda kütləvi informasiya vasitələrinin də müəyyən rolu olduğunu bildirib:

"Aprel ayının əvvəllərində təmas xəttində baş vermiş son hadisələr zamanı Azərbaycan mətbuatı əsl vətənpərvərlik nümayiş etdirdi. Əksər mətbu orqanları dəqiqləşdirilmiş və təsdiqlənmiş məlumatların yayılmasına üstünlük verərək hərbi əməliyyatlatdakı mübarizəmizə informasiya müharibəsində qələbə əlavə etdi. Amma qarşıda görəcəyimiz işlər çoxdur. Hər birimiz torpaqlarımız işğaldan azad olan günə qədər bütün qüvvəmizi səfərbər etməliyik".

Şərhlər

Çox oxunanlar