Musavat Partiyasından daha iki istefa

08.05.2016 20:13     Siyasi reaksiya     993

Müsavat Partiyasında başqanlığa keçmiş namizəd Tural Abbaslının istefasının ardından tərəfdarlarının da Müsavatdan istefaları bir-birinin ardınca reallaşır. Bu gün daha iki gənc istefa bəyanatını musavat.com-a göndəriblər. Bunlar "AĞ blok-dan deputatlığa keçmiş namizəd Elbəy Əsədov və gənc fəal Kərim Kərimlidir.
 
E.Əsədovun bəyanatında bu sözlər yer alır: “Müsavat partiyasının 2011-ci ildən  üzvüyəm, partiyaya üz tutmağım dövlətimizdə demokratik dəyərlərin bərqərar olmasına öz töhfəmi vermək olub. Partiyada fəaliyyətim gənclər təşkilatı daxilində olub. 2014-ci ildə Müsavat Partiyasının qurultay vasitəsi ilə seçilmiş yeni  başqanın fəaliyyətinin partiyanın məqsədlərindən uzaq düşdüyünü hesab edərək(bir çox məsələləri qabartmağ istəmirəm)Müsavat partiyasindan istefa edirəm. Partiyada olan dostlarımıza uğurlar arzu edirəm".
 
Kərim Kərimli də bəyanatında partiya idarəçiliyindən razı qalmadığını və bu səbəbdən istefa verdiyini bildirib. 
 
Musavat.com

Şərhlər

Çox oxunanlar