Şuşanın işğal səbəbləri - VİDEO

09.05.2016 15:51     Siyasi reaksiya     2406

Polkovnik-leytenant Cahangir Cahangirov Şuşanın işğalı haqqında danışıb.

ANS-in Qızıl Fondu 1992-ci ildə Şuşanın işğalından sonrakı vəziyyət və şəhərin işğal olunma səbəblərindən bəhs edən videomaterialı təqdim edir. Reportaj Vahid Mustafayev tərəfindən hazırlanıb.

Reportyor Şuşanın işğal edilməsi ilə nəticələnən ağır döyüşlərdən sonra yorğun və üzgün olan polkovnik-leytenant Cahangir Cahangirovdan Şuşanın işğalı haqqında fikirlərini soruşub.

Polkovnik-leytenant ermənilərin ağır artilleriyalardan, BMP və çoxlu sayda tanklarla hücuma keçdiklərini, 3 saat ərzində Kosalar kəndindən başlayaraq şəhərin güclü atəşə tutulduğunu bildirdi.

“Şuşanın alınmasının birinci səbəbini mən onda görürəm ki, ya düşmən kəşfiyyatı, ya da daxildə olan bir neçə düşmən qrupları şəhərdə insanları təşvişə salmağa başlamışdılar. Camaatı qorxudaraq yoldan çıxarmağa çalışırdılar. Şəhərin çox güclü bombardman olunmasına və çoxlu sayda evin yandırılmasına baxmayaraq Şuşanı qoruyub saxlamaq və burada möhkəmlənmək olardı. Lakin əhalidə olan inamsızlıq və təşviş buna imkan vermədi. Biz şəhəri saxlamağa zəmanət vermişdik”, - deyə polkovnik-leytenant təəssüf hissi ilə öz təəssüratlarını bölüşüb.

Şuşa 1992-ci il may ayının 8-də ermənilər tərəfindən işğal edilib.

Şərhlər

Çox oxunanlar