Kerri və Lavrov Əliyev-Sarkisyan görüşündə iştirak edəcək

12.05.2016 18:08     Siyasi reaksiya     1078

Rusiya və Fransa xarici işlər nazirləri Sergey Lavrov, Jan-Mark Ero və ABŞ dövlət katibi Con Kerri Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın mayın 16-da Avstriyanın paytaxtı Vyanada keçiriləcək görüşündə iştirak edəcəklər.

AzVision.az-ın məlumatına görə, bu barədə `İnterfax` agentliyinə açıqlamasında Rusiya XİN rəhbərinin müavini Qeorqi Karasin bildirib. 

“Belə bir görüş hazırlanır. Görüşdə Qarabağ münaqişəsi üzrə nizamlanma müzakirə olunacaq”, - deyə XİN rəsmisi qeyd edib. 

Şərhlər

Çox oxunanlar