“İçərişəhər” Qoruğuna yeni rəhbər təyin edildi

12.05.2016 19:13     Siyasi reaksiya     1200

Azərbaycan Respublikası Prezidenti İlham ƏIiyev Əsgər Ələkbərovun Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi təyin edilməsi haqqında Sərəncam imzalayıb.

 

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Əsgər Əyyub oğlu Ələkbərov Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi təyin edilsin.

Şərhlər

Çox oxunanlar