"Aprel döyüşlərində ermənilərin 30-dək tankı, 320 döyüşçüsü məhv edildi"

13.05.2016 16:40     Siyasi reaksiya     1248

Müdafiə Nazirliyi rəsmisi Lələtəpə və Talış kəndi istiqamətindəki yüksəkliklərin də azad edildiyini deyib.

Aprel döyüşlərində ermənilərin 30-dək tankı məhv edildi, 320 döyüşçü öldürüldü, 500-dən artıq döyüşçüsü yaralanıb.

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı Milli Məclisdə “Təmas xəttində son hadisələr: Beynəlxalq humanitar hüququn probemləri” mövzusunda keçirilən dinləmələr zamanı bildirib. 

O qeyd edib ki, cəbhədə intensiv atışma mart ayından başlayıb. Aprelin əvvəlində qısa müddətdə düşmənin ön və dərinlikdə cəmləşən qüvvələrini müəyyənləşdirdi, sıradan çıxarıldı. Talış kəndi istiqamətindəki yüksəkliklər, Horadizə təhlükə yaradan Lələtəpə yüksəkliyi azad edildi. 

Cəbhənin ən gərgin istiqaməti Ağdərə-Tərtər-Ağdam və Füzuli istiqaməti olub. Dördgünlük müharibə zamanı Ağdərə-Madagizistiqamətində yolların nəzarətdə saxlanılması təmin edilib.

"Düşmən tərəfi bu hadisələr zamanı Ermənistandakı bütün qüvvələri bölgəyə cəlb etmişdi. Ancaq əməliyyatlar zamanı Azərbaycanın hərbi qüvvələrinin ön mövqedəki qüvvələrinin bir qismi cəlb olunmuşdu. Azərbaycan Şəmkir korpusunu, Naxçıvandakı əlahiddə ordunu, hərbi təyyarələri bu əməliyyatlara cəlb etmədi. Bununla belə, düşmənin səyləri heç bir nəticə vermədi”.

Vaqif Dərgahlı - Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri
Vaqif Dərgahlı - Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri

 

Şərhlər

Çox oxunanlar