"Azərbaycan pilotsuzu 9 erməni əsgərini öldürdü”

13.05.2016 16:56     Siyasi reaksiya     1593

Ermənistan hərbiçisi Azərbaycan ordusunun pilotsuz təyyarəsinin hücumundan danışıb.

Dağlıq Qarabağa könüllü gedən erməni polkovnik - leytenanat Gevorq Azoyan Azərbaycanın pilotsuz təyyarəsinin hücumundan danışıb. ANS PRESS-in “news.am” saytına istinadla verdiyi məlumata görə, o,  deyib ki, erməni əsgərlər başlarının üstündə ucan aparatın sadəcə şəkil çəkdiyini düşünürdülər.

“Amma pilotsuz təyyarə birdən yerə düşdü. Daha sonra təyyarənin  partlaması və yanğına səbəb olması hamı üçün gözlənilməz oldu. Əsgərlərin bəzisi yerindəcə öldü. Qalanları isə ya xəstəxanaya aparılarkən yolda, ya da xəstəxanada keçindilər”, - deyə Azoyan bildirib.

O deyib ki, Talış kəndi ərazisində baş verən hücum nəticəsində həmin gün 9 erməni əsgərini məhv edib. 

Ermənistan könüllüsünün etirafları

47 yaşlı podpolkovnik Azoyan xəstəxanada müalicə olunub. O, birinci Qarabağ müharibəsində də iştirak edib. Azoyan birinci Dağlıq Qarabağ müharibəsi zamanı da yaralanıb.

Aprelin 4-də baş verən döyüşlər zamanı Azoyan cəbhə xəttinə gəlib. Könülü Azoyan yaralandıqdan sonra İrəvanda yerləşən xətəxanaya gətirilib.

Ümumiyyətlə, aprelin 2-dən 5-nə qədər cəbhə xəttində baş verən gərginliklər zamanı Ermənistanda əsgər çatışmazlığı yaranmışdı. Həmin vaxt Ermənistan rəhbərliyi Dağlıq    Qarabağa könüllülər göndərmişdi. Azərbaycan Ordusu Ermənistan Silahlı Qüvvələrinin təxribatının qarşısını alarkən 5 erməni könüllüsü məhv edilmişdi. 

Bundan başqa, aprel gərginliyi zamanı Ermənistanı ən çox narahat edən isə Azərbaycanın pilotsuz təyyarələri idi. Bu təyyarələr İsrail istehsalıdır. Rəsmiİrəvan İsrailə təyyarələri Azərbaycana satması ilə bağlı etiraz bildirmişdi. 

İsrail istehalı PUA
İsrail istehalı PUA

 

Şərhlər

Çox oxunanlar