PA-da yeni şöbəyə təyinat

18.05.2016 18:47     Siyasi reaksiya     1175

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında yeni struktur yaradılıb. 


Tezis.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidmətində yeni şöbə yaradılıb. 


Prezidentin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidmətinin Aqrar və Sənaye Məsələləri şöbəsi adlanan yeni struktura Azər Əmiraslanov müdir təyin edilib. 


Azər Əmiraslanovun Prezidentin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidmətinin Aqrar və Sənaye Məsələləri şöbəsinə müdir təyin edildiyini Kürdəmir rayon İcra hakimiyyətinin rəsmi saytında yayılan xəbərdəki təqdimatdan da görmək olar.

 

Xatırladaq ki, Azər Əmiraslanov Azərbaycan Prezidentinin 25 avqust 2008-ci il sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdi.

Şərhlər

Çox oxunanlar