QAT “İrəvan-2018” Hərəkatını dəstəklədi
19.05.2016 13:46 Siyasi reaksiya 1466
Reaksiya xəbər verir ki, Qarabağ Azadlıq Təşkilatı "İrəvan - 2018" Hərəkatını dəstəklədiyini bildirən bəyənat qəbul edib. Bəyənatda deyilir: "Qarabağ Azadlıq Təşkilatı bir qrup gənc tərəfindən təsis edilən “İrəvan-2018” Hərəkatını dəstəkləmək barədə qərar qəbul edib. Təsisçilər bu Hərəkatı yaratmaqla vacib məsələni gündəmə gətiriblər . İrəvan şəhəri 1918-ci ildə ermənilərə Azərbaycan parlamenti tərəfindən siyasi güzəşt olaraq verilib. Azərbaycan bu addımı beynəlxalq birliyin, o cümlədən ABŞ, İngiltərə, Fransanın birbaşa xahışı əsasında atıb. Ermənilər Tiflis şəhərində öz müstəqilliklərini elan etmişdilər, amma paytaxt elan etmək üçün siyasi mərkəzləri yox idi. Azərbaycan əksəriyyət etibarı ilə azərbaycanlıların yaşadiqları və tarixi Azərbaycan şəhəri olan İrəvanı ermənilərə güzəştə getməklə humanist bir addım atmışdı. Bu addım həmçinin regionda sülh və sabitliyin bərqərar olmasına xidmət edirdi. Azərbaycan parlamentinin 29 may 1918-ci il tarixli qərarında da göstərilirdi ki, İrəvan şəhəri ermənilərə bir şərtlə verilir ki, onlar Azərbaycana qarşı bir daha hər hansı ətrazi iddiasında olmasınlar. Erməni tərəfi də bu şərtə razılaşmışdı. Amma ermənilər az sonra bu şərti kobud şəkidə pozdular və bu günə qədər də pozmaqda davam edir, təcavüz və işğal hərəkətlərini həyata keçirirlər.
“İrəvan- 2018” Hərəkatı tarixi ədalətin bərpa olunması, 100 ildən sonra İrəvanın və digər tarixi torpaqların Azərbaycana qaytarılması işinə xidmət edir. QAT bu təşəbbüsü dəstəkləyir və hərtərəfli yardım etməyə hazır olduğumuzu bildirir."
Şərhlər