İlham Əliyev Olland və Sisiyə başsağlığı verdi
19.05.2016 17:29 Siyasi reaksiya 1071
Azərbaycan Respublikasının Prezident İlham Əliyev Fransa Respublikasının Prezidenti Fransua Ollanda başsağlığı məktubu göndərib.
AzVision.az-ın məlumatına görə, mətndə deyilir:
"Hörmətli cənab Prezident, Parisdən Qahirəyə uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həmvətənlərinizin həlak olması xəbərini kədər hissi ilə qarşıladım.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".
Dövlət başçısı həmçinin Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisiyə də başsağlığı məktubu göndərib. Məktubda deyilir:
"Hörmətli cənab Prezident, “EgyptAir” şirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.
Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Şərhlər