"Başkəsən prezident"i Londona kim aparıb? - FOTOLAR

09.07.2015 14:04     Siyasi reaksiya     2076

Özünü qondarma Dağlıq Qarabağ Respublikasının "prezidenti" elan etmiş Bako Saakyan Böyük Britaniya parlamentində olub və deputatlar qarşısında çıxış edib.

ANS PRESS-in məlumatına görə, o, ötən gündən başlayan səfəri çərçivəsində baş tutan çıxışında Dağlıq Qarabağın sanki qurucusu kimi danışıb, oradakı ictimai vəziyyətdən, Xankəndinin iqtisadiyyat və tikinti sahəsindəki inkişafından söz açıb.


Böyük Britaniya parlamentinin iclası 

B.Saakyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına da toxunub və deputatların suallarını cavablandırıb və bir növ yaltaqlanaraq yalan məlumatlarını ingilislərə soxuşdurub. O vurğulayıb ki, beynəlxalq siyasətdə nüfuzlu dövlət, demokratiyanın və Avropa sivilizasiyasının beşiyi kimi tanınan Böyük Britaniyanın Dağlıq Qarabağla münasibət qurması çox vacibdir. O, parlament üzvlərinə xoş gəlmək üçün dəridən-qabıqdan çıxaraq yaltaqlanıb ki, biz Birləşmiş Krallıq ilə xüsusi münasibətlərin yaradılmasını istəyirik. Dağlıq Qarabağ parlament əlaqələrinin dərinləşməsində və elm, təhsil və humanitar sahələrdə Böyük Britaniya ilə əlaqələrin inkişafında maraqlıyıq. 


Serj Sarkisyan və Bako Saakyan 

B.Saakyanın sözlərinə görə, ilk növbədə, bizdə belə optimizm əhval-ruhiyyəsini yaradan Böyük Britaniya parlamentində Qarabağ və erməni xalqlarının səmimi və sadiq dostlarıdır.

Hətta görüşdə Böyük Britaniyanın və Şimali İrlandiya Birləşmiş Krallığının Ermənistandakı səfiri Armen Sarkisyan və başqa vəzifəli şəxslər də iştirak ediblər. 

Azərbaycanın Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı mövqeyini açıqlayıb. XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ANS PRESS-ə bildirib ki, özünü qondarma Dağlıq Qarabağ Respublikasının rəhbər şəxsləri kimi təqdim edən insanların heç bir hüquqi status daşımır. Onların Avropaya səfərləri yalnız turistik xarakteri daşıyır.


Hikmət Hacıyev: Bako Saakyan hökümət səviyyəsində qarşılanmır.

O deyib: "Bako Saakyanın da Böyük Britaniyaya səfəri rəsmi xarakter daşımır. Yalnız hansısa turist şirkəti vasitəsilə səfərə gedib. Getdikləri ölkələrdə isə dövlət və hökümət səviyyəsində qarşılanmır və heç bir görüş keçirilmir."

Milli Məclisin deputatı Fazil Qəzənfəroğlu isə məsələyə fərqli yanaşır. Onun fikrincə, Azərbaycan qondarma rejim nümayəndələrini qəbul edən ölkələrlə iqtisadi və siyasi münasibətlərə yenidən baxılma məsələsini gündəmə gətirə bilər. Amma təəssüf ki, biz bu məsələdə gecikirik.


Fazil Mustafa: Britaniyaya nota verilməlidir.

O deyib: "Bəzi Avropa ölkələrinin belə səfərlərə şərait yaratmaqla onlar Bako Saakyanlara gizli simpatiyalarini ortaya qoyurlar. Azərərbaycan Xarici İşlər Naziriliyi bu səfərlərlə baglı mütləq həmin ölkələrə nota verməlidir."

Maraqlıdır, məgər Böyük Britaniya kimi ölkənin parlamentinə getmək, ora ilə tanış olmaq, hətta deputatlar qarşısında çıxış etmək o qədərmi asandır ki, bunu heç kim tərəfindən tanınmayan bir erməni qulduru həyata keçirir?! Demək ki, Azərbaycanın rəsmi şəxslərinin bu məsələ ilə bağlı ciddi məşğul olması, ən azından İngiltərənin Xarici İşlər Nazirliyinə etiraz məktubu ilə müraciət edərək, yaxud bu ölkənin Bakıdakı səfirini çağırıb bu məsələ ilə bağlı rəsmi izahat istəmələri daha yaxşı olmazmı?!. Yəqin ki, bu ediləcək. Zənnimizcə, qondarma Dağlıq Qarabağ Respublikası adı ilə orda-burda gəzənlərə dərs verməyin vaxtı çoxdan çatıb.

Şərhlər

Çox oxunanlar