Xədicə İsmayıl azadlıqda

25.05.2016 18:31     Siyasi reaksiya     1125

Jurnalistin cəzası 3 il 6 ay müddətinə şərti cəza ilə əvəz olunub.

Jurnalist Xədicə İsmayıl azadlıqda. ANS PRESS-in məlumatına görə, Ali Məhkəmədə jurnalistin barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi olub. 

Xədicə İsmayılovanın cəzasının 3 il 6 ay müddətinə şərti cəza ilə əvəz olunması barədə qərar çıxarılıb.

2014-cü ilin dekabrında həbs edilən X.İsmayıl Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 5 ay müddətinə azadlıqdan məhrum edilib.

Xədicə İsmayıl - jurnalist
Xədicə İsmayıl - jurnalist

 

Şərhlər

Çox oxunanlar