Bako Saakyanı Britaniya parlamentinə hökumət dəvət etməyib - SƏFİRLİK
09.07.2015 16:07 Siyasi reaksiya 1851
“Bako Saakyan Britaniya parlamentinə hökumət tərəfindən dəvət olunmayıb”.
Bunu APA-ya Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən bildiriblər.
Açıqlamada deyilir ki, B. Saakyan Böyük Britaniyaya müstəqil şəkildə səfər edib və Britaniya hökumətinin bu səfərdə heç bir rolu yoxdur: “Parlamentarlar kimi parlamentə dəvət edəcəklərinə özləri qərar verirlər. Böyük Britaniyanın mövqeyi dəyişməzdir. Biz qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanımırıq”.
Şərhlər