Rusiya: Ankara və Riyad, İŞİD-ə qarşı Əsadla birlikdə hərəkət etməlidirlər

09.07.2015 16:58     Siyasi reaksiya     2068

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yaxın şərqdəki İŞİD təhdidinin aradan qaldırılması üçün Türkiyə və Səudiyyə Ərəbistanının Dəməşq hökuməti birlikdə hərəkət etməli olduğunu söyləyib.

Rusiyalı nazir bildirib ki, Türkiyə və Səudiyyə Ərəbistanının əlaqələrinin olduqca pis olduğu Suriya ilə səylərini birləşdirmək səylərinin həqiqi olmadığının fərqindədirlər: “Ancaq İŞİD ilə mübarizə aparanda birgə hərəkət mütləq şəkildə vacibdir”.

Putin və Ərdoğan Bakıda İŞİD – i müzakirə ediblər

Rusiya prezidenti Vladimir Putinin Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla keçən ay Bakıda keçirdikləri görüşdə İŞİD ilə bağlı müzakirə apardıqlarını xatırladan Lavrov bunları deyib: "Putin İŞİD məsələsini Sankt Peterburq Beynəlxalq İqtisadi Forumunda Səudiyyə Ərəbistanının vəliəhdi və Müdafiə naziri şahzadə Məhəmməd ibn Salam ilə də müzakirə edib. Bizim gizli gündəmimiz yoxdur. Hamı ilə hər mövzunu açıq şəkildə və mövqeyimizi ifadə edərək müzakirə edirik. Digər ölkələrin də fikirlərini eşitməyə hazırıq".

Şərhlər

Çox oxunanlar