Prezident icra başçısı və deputata `Şöhrət` ordeni verdi
26.05.2016 18:54 Siyasi reaksiya 998
Azərbaycan Prezidenti İlham Əliyev Mərdan Camalovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Mərdan Talıb oğlu Camalov "Şöhrət" ordeni ilə təltif edilsin.
Qeyd edək ki, M.Camalov Şirvan Şəhər İcra Hakimiyyətinin başçısıdır.
Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə millət vəkili Rauf Asif oğlu Əliyev də "Şöhrət" ordeni ilə təltif edilib.
Qeyd edək ki, M.Camalov Şirvan rayonunun icra başçısıdır. R.Əliyev isə Milli Məclisin deputatıdır.
Reaksiya.info
Şərhlər