Prezident Respublika Günü ilə bağlı rəsmi qəbulda - Yenilənib

27.05.2016 15:13     Siyasi reaksiya     1034

Mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi qəbulda iştirak edib. Dövlətimizin başçısı tədbirdə nitq söylədi.

Sonra dövlət mükafatlarının təqdim edilməsi mərasimi oldu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2016-cı il üçün elm və ədəbiyyat sahələrində dövlət mükafatları təqdim edildi.

Elm üzrə dövlət mükafatları Ramiz Məmmədov, Elbrus Əlizadə, Məhərrəm Həsənov və Zakir Eminova, ədəbiyyat üzrə mükafat isə Fikrət Qocaya təqdim olundu.

**

Hazırda “Buta” sarayında 28 May - Respublika gününə həsr olunmuş rəsmi qəbul keçirilir.

Reaksiya.info-nın əldə etdiyi məlumata görə, mərasimdə Azərbaycan Prezident İlham Əliyev iştirak edir. 

Həmçinin, tədbirə Azərbaycanın hökumət və dövlət rəsmiləri, millət vəkilləri və digər şəxslər qatılıblar.

Şərhlər

Çox oxunanlar