Əliyev və Sarkisyan Fransada görüşə bilər

28.05.2016 14:48     Siyasi reaksiya     1236

Sergey Lavrov və Con Kerrinin bu dəfəki görüşdə iştirak edib-etməyəcəyi bilinmir.

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarkisyanın növbəti görüşü Fransada baş tuta bilər. ANS PRESS-in məlumatına görə, bunu Fransa strateji araşdırmalar Fondunun eksperti, politoloq Kayts Minasyan "Jamanak" qəzetinə müsahibəsi zamanı deyib.

"Görüşün baş tutması üçün bəzi məsələlər həll olunmalıdır. Məsələn, dəqiqləşdirmək lazımdır ki, bu görüşü kim təşkil edəcək. Bu, Fransanın xarici işlər naziri Jan-Mark Eyro, Fransanın Avropa məsələləri üzrə dövlət katibi Arlem Dezir, yoxsa prezident Fransua Olland olacaq", - deyə Minasyan bildirib.

O əlavə edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrlər ölkələri olan Rusiya və ABŞ-ın xarici siyasət idarələrinin rəhbərləri  - Sergey Lavrov və Con Kerrininbu dəfəki görüşdə iştirak edib-etməyəcəyi bilinmir. "Amma əgər bu görüş Vyanadakı görüşün davamı kimi olacaqsa, onda onların iştirakı da vacibdir".

Kayts Minasyan - Fransa strateji araşdırmalar Fondunun eksperti, politoloq
Kayts Minasyan - Fransa strateji araşdırmalar Fondunun eksperti, politoloq

Aprel ayının əvvəllərində baş verən 4 günlük müharibədən sonra Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan Avstriyanın paytaxtıVyanada görüşüblər. Bu həm də bu ilin ilk görüşü olub. 

İ.Əliyev və S.Sarkisyanın  3+2 formatında görüşündə danışıqların iştirakçıları regionda 1994-95-ci il sazişi formatında atəşkəsə əməl olunacağına dair razılığa gəliblər.
Görüşdə hər iki ölkənin xarici işlər nazirləri ilə bərabər ATƏT-in Minsk qrupunun həmsədrlər ölkələrinin də XİN rəsmiləri - ABŞ dövlət katibiCon Kerri, Rusiya və Fransa xarici işlər nazirləri Sergey Lavrov və Jan-Mark Eyro iştirak edib.

Görüş iki saatdan artıq davam edib. S.Lavrov bildirib ki, Azərbaycan və Ermənistan prezidentləri iyunda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə müzakirələr aparmaq üçün növbəti görüşün yeri və vaxtı barədə razılığa gələcəklər.

 

Şərhlər

Çox oxunanlar