Əliyevin sərt bəyanatı türk mediasında
29.05.2016 08:54 Siyasi reaksiya 1610
Türkiyənin "Taymtürk" xəbər portalı Azərbaycan Prezidenti İlham Əliyevin 28 May Respublika günü münasibəti ilə "Buta" sarayında çıxışına yer verib.
Axar.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan torpaqlarında heç vaxt ikinci erməni dövlətinin qurulmasına imkan verilməyəcəyini bildirib.
Əliyev 28 may 1918-ci ildə elan edilən respublikanın 98-ci ildönümü münasibətilə keçirilən Respublika günü ziyafətindəki çıxışında Azərbaycan xalqını təbrik edib, sülh, əmin-amanlıq və sabitlik arzulayıb.
Azərbaycanın İslam dünyasında ilk demokratik respublika olaraq qurulmasını tarixi hadisə kimi səciyyələndirən Əliyev respublikanın banilərinin xalqın qəlbində daim yaşayacağını vurğulayıb.
Ermənistana sərt mesaj
Azərbaycan-Ermənistan münaqişəsi və Dağlıq Qarabağ məsələsinə toxunan Əliyev problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin lazım olduğuna işarə edərək "Azərbaycan xalqı və dövləti heç vaxt ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək" - deyib.
Ordunun gücləndirilməsi, iqtisadi islahatlar və Cənub Qaz Dəhlizindən danışan Əliyev, "Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Öz taleyimizin sahibi, müstəqil ölkə, azad xalqıq. Dünya miqyasında öz yerimiz var və müstəqillik, inkişaf yolu ilə getməyə davam edəcəyik", - deyə bildirib.
Şərhlər