Erməni silahlı bölmələri cəbhədə atəşkəsi 33 dəfə pozub

31.05.2016 09:11     Siyasi reaksiya     904

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 33 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindənKarabakh Today - a verilən məlumata görə, Tərtər rayonunun Göyarx, Çiləbürt, Ağdam rayonunun Cəvahirli, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Şərhlər

Çox oxunanlar