ATƏT PA-nın yekun bəyannaməsi - Ermənistan etiraz edib
09.07.2015 19:15 Siyasi reaksiya 1957
“ATƏT regionunda həlli uzanan münaqişələrin sülh və danışıqlar yolu ilə həllinə dair səylər gücləndirilməlidir”.
APA-nın məlumatına görə, bu barədə ATƏT Parlament Assambleyasının Helsinkidəki sessiyası zamanı qəbul edilən yekun bəyannamənin 4-cü bəndində deyilir.
Sənəddə təhdid və güc tətbiqindən çəkinməyin, ölkələrin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşmanın, habelə BMT Nizamnaməsi və Helsinki Yekun aktına hörmət etməyin vacibliyi qeyd olunur: “ATƏT Parlament Assambleyası bir daha təsdiq edir ki, ATƏT regionunda uzanan münaqişələrin həlli, onların müəyyən edilmiş çərçivədə, BMT Nizamnaməsi və Helsinki Yekun aktına əsasən sülh yolu ilə həlli istiqamətində irəliləyişin əldə olunması təşkilat üçün prioritet olaraq qalır”.
Xatırladaq ki, Ermənistanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Artaşes Geqamyan bu müddəaların bəyannaməyə salınmasına etiraz edib. Ermənistan nümayəndə heyəti bəyannamənin əleyhinə səs verib.
Şərhlər