"Gələcək alman nəsilləri bu səhvə görə Tükiyədən üzr istəyəcəklər"

02.06.2016 18:25     Siyasi reaksiya     1005

Bu gün Almaniya Bundestaqında 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanıyan qətnamə qəbul edilib. Qərarı Almaniyanın müasir dövrünün ən böyük səhvi hesab etmək olar. Nə zamansa gələcək alman nəsilləri bu səhvə görə Tükiyədən üzr istəyəcəklər.

Milli.Az xəbər verir ki, bunu  Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə bildirib.

Millət vəkilinin fikrincə, bu qərar, əslində, qardaş Tükiyənin müstəqil siyasətinə təzyiq formasıdır və məqsəd Türkiyənin birləşmiş Avropaya yolunu kəsməkdir. 

A.Mirzəzadə qeyd edib ki, qərarın qəbulunda ən ağrıdıcı məqam isə qondarma "erməni soyqırımı" iddialarının fəal dəstəkçilərindən birinin Yaşıllar Partiyasının lideri, milliyyətcə türk olan Cem Özdemirin olması və onun lehinə səs verməsidir: "Türk oğlu Özdəmir öz xalqına çirkab atanlardan biri oldu. O, siyasi karyerasını milli kökündən və anasının ruhundan üstün tutdu. Görünür, vaxtında kimlərsə ona şərəfin hər şeydən üstün olduğunu deməyi unudublar".

Qeyd edək ki, qətnamə "101 il əvvəl Osmanlı imperiyasındakı erməni və digər xristian azlıqların soyqırımının anılması" adlanır.

Şərhlər

Çox oxunanlar