Millət vəkili: “Yeni Berlin divarı inşa olunur”

02.06.2016 21:09     Siyasi reaksiya     1142

“Almaniya parlamentində uydurma “erməni soyqırımı”nın qəbulu ciddi narahatlıq yaradır”.

 

Publika.az-a açıqlamasında bunu millət vəkili Asim Mollazadə Almaniya parlamentində “erməni soyqırımı”nı qəbul edilməsini şərh edərkən deyib.

 

Onun sözlərinə görə, “erməni soyqırımı” ilə bağlı qanunun qəbulu əslində yeni Berlin divarının inşası anlamına gəlir.

 

“Avropada, o cümlədən Almaniyada islamafobiyanın artması çox təhlükəli haldır. Qərar çox təhlükəli bir tendensiyadan xəbər verir.  Almaniya parlamentinin qərarı Ankara və Berlinin münasibətlərinə də zərər vuracaq”, - millət vəkili bildirib.

 

Asim Mollazadə əlavə edib ki, Almaniyada yaşayan milyonlarla türkün bu kimi qanunların qəbuluna qarşı aktiv fəaliyyət göstərməməsi narahatlıq doğurur.

 

Xatırladaq ki, Almaniya parlamenti bu gün “erməni soyqırımı”nı qəbul edib. Qanunda orta və ali təhsildə dərs proqramına daxil edilməsi, vətəndaş cəmiyyəti tərəfindən bir sıra işlərin görülməsi yer alıb. Millət vəkillərinin demək olar ki, hamısı qanun layihəsinin lehinə səs verib. Yalnız bir nəfər əleyhinə çıxıb, bir nəfər isə bitərəf qalıb. 

Şərhlər

Çox oxunanlar