Novruz Məmmədov: "Çox gülünc məsələ idi"

03.06.2016 17:31     Siyasi reaksiya     1299

"Almaniya Bundestaqının qondarma "erməni soyqırımı" ilə bağlı qərar verməsində ikili standartlı yanaşma özünü göstərir.

Reaksiya.info Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, çünki birdən-birə bir ölkənin parlamenti yığışıb yekdilliklə qərar qəbul edir: "Bu məsələ ətrafında onların məlumatı var və ya yoxdur, təhlil aparıblar və ya aparmayıblar, arxivlərdə araşdırmalar olub, olmayıb, amma buna baxmayaraq, müəyyən fikirlərə düzəlişlər etməklə qərar qəbul edirlər".

N.Məmmədov deyib ki, indiki vəziyyətdə bu cür atılan addımlar beynəlxalq münasibətlərin daha da gərginləşməsinə gətirib çıxarır: "Onlar sülhün, təhlükəsizliyin, sabitliyin möhkəmlənməsinə heç də xidmət etmir. Bu nöqteyi-nəzərdən, əlbəttə, mən demək istəyirəm ki, indiki dövrdə bu cür aparılan siyasət düzgün siyasət deyil. Düşünürəm ki, belə bir siyasətin əslində təməli elə 1990-cı illərin lap əvvəlindən, ABŞ Konqresində Azərbaycana qarşı 907-ci düzəlişin qəbul edilməsi ilə başlayıb".

N.Məmmədov deyib ki, burada da çox gülünc məsələ idi: "Azərbaycanın əraziləri işğal olundu və nəticə olaraq Azərbaycana qarşı belə bir düzəliş qəbul edildi. Bu, düzgün deyil".

Şərhlər

Çox oxunanlar