Azərbaycanın "The Good Country" reytinqindəki yeri

05.06.2016 16:53     Siyasi reaksiya     1242

Azərbaycandan əvvəl Zambiya (91) sonra Küveyt (93) yerləşir.

Azərbaycan "The Good Country" reytinqində 97-ci yerdə qərarlaşıb. ANS PRESS-in məlumatına görə, müstəqil siyasi müşavir Saymon Anxoltun tərtib etdiyi siyahıda Azərbaycandan əvvəl Zambiya (91) sonra isə Küveyt (93) yerləşir. 

Azərbaycanla sərhəd ölkələr isə siyahıda belə qərarlaşıblar: 

Rusiya - 72

Gürcüstan - 45

İran - 135

Türkiyə - 55

Ermənistan - 82

163 ölkədən ibarət reytinqin tərtibi zamanı bu və ya digər dövlətin bəşəriyyət üçün ümumilikdə nə etdiyi nəzərə alınır. Bunun üçün BMT və digər beynəlxalq təşkilatların məlumatlarından istifadə olunur. Ölkənin elm və texnologiyalar, mədəniyyət, beynəlxalq aləm və təhlükəsizliyin qorunması, iqlim, rifahlıq və bərabərlik, sağlamlıq və sərvət kimi göstəricilər xüsusi ilə diqqətə alınır.

Reytinqin müəllifi Saymon Anholt milli brend-imic, milli identiklik və nüfuzun qurulmasına dair müstəgil siyasi müşavirdir. 

Reytinqə görə, dünyanın ən yaxşı ölkəsi İsveçdir. İlk onluğa Danimarka, Niderland Krallığı, Böyük Britaniya, Almaniya, Finlandiya, Kanada, Fransa, Avstriya və Yeni Zellandiya daxil olub. 

Yaxşı ölkələr reytingində Azərbaycanın göstəriciləri
Yaxşı ölkələr reytingində Azərbaycanın göstəriciləri

 

Şərhlər

Çox oxunanlar