Ərdoğan: Mətbuatda dərc olunan Çinlə bağlı xəbərlərin əksəriyyəti yalandır

10.07.2015 12:33     Siyasi reaksiya     2365

 

 

Çinə rəsmi sdəfərindən əvvəl İstanbulda Şərq Asiya ilə bağlı hücumların arxasında müəyyən maraqların olduğunu deyən Ərdoğan bildirib ki, “mediada səslənən, böyük bir qisimi də yalan ya da istismar olan bu xəbərlərdən sonra əsla istəmədiyimiz hadisələr yaşanıb: “Bu hadisələr bizə yaraşmaz. Təxribatçılara uymayın."

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Sarayında səfirlərə verilən iftarda çıxış edib.

Çinə rəsmi səfərindən əvvəl ölkədə yaşanan proseslərin birmənalı olduğunu bildirən Ərdoğan bunları deyib:  "Çinə səfər edəcəyəm. Çin səfərindən əvvəl bzş verən çox qəribədir. Bu axşam bunu sizinlə paylaşmaq istəyirəm. Dünyanın hər yerində bizim soydaşlarımız var. Yaşanan bütün hadisələr bizi birbaşa maraqlandırır. Mediada dərc olunan, böyük bir hissəsi də yalan ya da istismar olan bu xəbərlərdən sonra İstanbulda əsla baş verməyini istəmədimiz hadisələr baş verib. Ölkəmizə gəzməyə, yaşamağa gələn Şərqi Asiyalı insanlar bizim dostumuzdur. Onlar bizim qonağımızdır. İstanbulda baş verən hadisələr bizə yaraşmaz. Təxribatçılara uymayın. Ölkəmizə gələnlər bizə əmanətdir".

 

Terroristlərin hamısı vəhşidir

 

"Hər ölkə adı istər İŞİD olsun, istər Əl Qaidə, istər PKK, istər DHKP-C olsun terroristlərə qarşı informasiya mübadiləsi daxil təsirli əməkdaşlıq etmək məcburiyyətindədir. "Mənim teröristim yaxşıdır, səninki pisdir”,bui cür anlayış ola bilməz. Terroristlərin hamısı vəhşidir, hamısı pisdir" – deyən Ərdoğan qeyd edib ki, Türkiyə, Suriya və İŞİD məsələsində terrorist olduqları şübhəsiylə 1300-dən çox xaricini həbs və deportasiya edib: “Terrorla əlaqədar fəaliyyətlərindən şübhələnilən 14 mindən çox insanın ölkəyə girişi  qadağan edilib”.

Şərhlər