Azərbaycanlılar Merkelin ofisi qarşısında aksiya keçirdi

07.06.2016 17:08     Siyasi reaksiya     1274

Bu gün Almaniyanın paytaxtı Berlin şəhərində Azərbaycan diaspor təşkilatlarının birgə aksiyası keçirilib.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən AzVision.az-a verilən məlumata görə, aksiya Berlin Azərbaycan Evi, Bilefeld Alman-Azərbaycan Mədəniyyət Mərkəzi, Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzi və Azərbaycan Tələbə Şəbəkəsinin təşkilatçılığı ilə baş tutub.



Aksiyanın əsas məqsədi Azərbaycan prezidentinin ölkənin ərazi bütövlüyünün bərpasına istiqamətlənmiş siyasətinə Almaniyada yaşayan azərbaycanlıların dəstəyini ifadə etmək, ATƏT-in sədri kimi Almaniyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində ədalətli mövqe tutmasını tələb etmək, Ermənistanın təcavüzkar siyasətinin bölgədə sülhə və təhlükəsizliyə təhdid olduğunu Almaniyanın rəsmi dairələrinin diqqətinə bir daha çatdırmaq olub.

 

Federal kansler Angela Merkelin ofisi qarşısında keçirilən aksiyada 200-dən çox azərbaycanlı iştirak edib. Aksiyada "Dünya Azərbaycanlıları sizi dəstəkləyir, cənab Prezident!", "Ermənistan əlini Qarabağdan çək!", "BMT-nin qətnamələri yerinə yetirilməlidir", "Təcavüzkarlığa son!", "Metsamor region üçün təhlükədir!", "Xanım Merkel, biz Almaniyaya və ATƏT-ə inanırıq!" şüarları səsləndirilib.

Aksiya iştirakçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini, Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasını tələb edib, Almaniyanı münaqişənin həlli prosesində obyektiv mövqe tutmağa çağırıblar.( azvison.az)

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar