Əliyev və Sarkisyan Praqada görüşə bilər

08.06.2016 16:56     Siyasi reaksiya     1221

İrəvanda səfərdə olan Çexiya prezidenti Miloş Zeman 2002 və 2004-cü illərdə olduğu kimi Azərbaycan və Ermənistan prezidentlərinin Praqada görüşünü təklif edib. 

AzVision.az xəbər verir ki, bunu Zeman erməni həmkarı Serj Sarkisyanla görüşdə bildirib. 

O, ümid edir ki, Ermənistan və Azərbaycan prezidentləri münaqişənin həlli ilə bağlı danışıqlarda ortaq məxrəcə gələ biləcək.

“Ermənistana səfər etməmişdən əvvəl Azərbaycanda oldum. Harada olmağımdan asılı olmayaraq mənim bəyanatlarım və mövqeyim dəyişilməzdir. Mən Əliyevə Fransa ilə Almaniyanın düşmənçiliyi və bu düşmənçiliyi necə aradan qaldırdıqlarını xatırlatdım. Ümid edirəm ki, bunu Azərbaycan və Ermənistan arasında da etmək mümkün olacaq”. 

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar