Bakıda NATO ekspert qrupunun işçi görüşü keçirilir

08.06.2016 19:50     Siyasi reaksiya     1248

Şimali Atlantika Alyansının hərbçiləri Bakıda.

Bakıda NATO ekspert qrupunun işçi görüşü keçirilir

ANS PRESS-in məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Məlumata görə, Şimali Atlantika Alyansının Nortvud Dəniz Komandanlığının ekspert qrupu ilə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndələri arasında "Dənizdə təqibetmə əməliyyatları üzrə göyərtə-axtarış bölmələri" mövzusunda işçi görüşü keçirilir. Görüş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2016-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən gerçəkləçdirilib. 

NATO ekspert qrupunun işçi görüşü
NATO ekspert qrupunun işçi görüşü

Hərbi Dəniz Qüvvələrinin bazasında təşkil olunan görüşdə dənizdə təqibetmə əməliyyatları üzrə göyərtə-axtarış bölmələrinin hazırlıq prosesində Azərbaycan HDQ-də və NATO-da tətbiq olunan standartlar, tapşırıqlar və fəaliyyətlər mövzusunda fikir mübadiləsi aparılır.

 NATO ekspert qrupu ilə görüş zamanı
NATO ekspert qrupu ilə görüş zamanı

 

Şərhlər

Çox oxunanlar