"Aprel döyüşləri Ermənistana yaxşı dərs oldu"

18.06.2016 16:56     Siyasi reaksiya     1276

Prezident deyib ki, Qarabağ probleminin həlli üçün konkret addımların vaxtı çatıb.

"Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həll olunması ilə bağlı konkret addımların atılmasının vaxtı çatıb". 

ANS PRESS-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında açdığı iftar süfrəsində iştirak edən prezidenti İlham Əliyev deyib. 

O deyib ki, vasitəçilər də anlamalıdırlar ki, bu münaqişə dondurulmuş deyil, aprel döyüşləri isə Ermənistan rəhbərliyinə yaxşı dərs oldu. "Azərbaycan qazandığı üstünlüyü heç vaxt əldən verməyəcək".

Cəbhə xəttində gərginlik aprel ayının 2-də başlayıb. Dördgünlük müharibə zamanı qarşı tərəfin hərbi aktivliyini genişləndirməyə imkan verməmək, onun fəaliyyətinin qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən əməliyyat şəraiti qiymətləndirilərək dərhal cavab tədbirlərinin görülməsi üçün qərar verilib.

Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib. Strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.

Döyüşlərdə ermənilərə məxsus hərbi texnikalar – tanklar və artilleriya qurğuları məhv edilib, yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb, ermənilərin bir batareyası darmadağın edilib. Strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazanın qərargahı dəqiq zərbələrlə dağıdılıb.

Təmas xəttində dağıdılan evlər
Təmas xəttində dağıdılan evlər

 

Şərhlər

Çox oxunanlar