Millət vəkili Vyetnamın bir sıra QHT və KİV rəhbərləri ilə görüşdə Qarabağ problemindən danışıb.
19.06.2016 15:06 Siyasi reaksiya 1066
Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Vyetnamın bir sıra tanınmış QHT və KİV rəhbərləri ilə görüşdə Azərbaycanla bağlı geniş məlumatlar verib, ölkəmizin tarixi, keçdiyi yol, əldə etdiyi uğurlar, iqtisadi və turizm potensialı barədə danşıb. Millət vəkili bildirib ki, Azərbaycanla Vyetnam arasında kifayət qədər uzunmüddətli diplomatik münasibətlər mövcuddur, yaxın vaxtlarda münasibətlərin 25 illik yubileyi qeyd ediləcək və toplumlarımızın qarşılıqlı olaraq bir-birilərini daha da yaxşı tanıması, əməkdaşlığın daha da genişlənməsi çox vacibdir və bu istiqamətdə QHT və KİV-lərin də üzərinə böyük bir misiya düşür və onları ölkəmizə dəvət edib. Millət vəkil Qənirə Paşayeva QHT və KİV rəhbərləri ilə görüşdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün, Xocalı Soyqırımı ilə də bağlı geniş məlumatlar verib. O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq dünyada beynəlxalq hüquq və ədalətin yanında olan ölkə və xalqlar Ermənistanın işğalçılıq siyasətinə öz etiraz səslərini daha da yüksəltməlidir. Q. Paşayeva deyib ki, Vyetnamda bir neçə dəfə səfərdə olub, görüşlər keçirib, Azərbaycan barədə daha çox məlumat vermək və əməkdaşlığımızın genişlənməsinə xidmət edən geniş müzakirələr aparmaqla yanaşı bu maraqlı ölkəni daha geniş tanımaq imkanı da olub və Vyetnamla bağlı maraqlı yazılarla çıxış edib. Vyetnamın bir sıra tanınmış QHT və KİV rəhbərləri Azərbaycana dəvəti böyük məmnuniyyətlə qəbul edərək ölkənizi yaxından tanımaqdan məmnun olacağıq deyiblər və Azərbaycan QHT və KİV -ləri ilə əlaqələrin və əməkdaşlığın genişlənməsindən məmnuniyyət duyacaqlarını deyiblər. Millət vəkili Q.Paşayeva görüşlə yanaşı Vyetnamın bəzi mətbuat nümayəndələrinə müsahibələr də verib və onları maraqlandıran sualları cavablandırıb. Görüşün sonunda Qənirə Paşayeva Vyetnamın QHT və KİV rəhbərlərinə rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin hazırladığı və içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən ingilis dilində sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” filmləri kataloqunu və müxtəlif materialları hədiyyə edib.
Şərhlər