Millət vəkili Q.Paşayeva AŞ Baş Katibi ilə görüşüb
21.06.2016 14:54 Siyasi reaksiya 1254
Q.Paşayeva AŞ baş katibi T.Yaqlanda AŞPA-da Ş. Quliyev, D. Əsgərov, Çıraqov və başqalarının da haqlarını müdafiə etmək sizin vəzifənizdir, bu insanlar sizdən ciddi addımlar gözləyir deyib. AŞ baş katibi T. Yaqland AŞPA-da Avropa Liberal Qrupda millət vəkilləri qarşısında çıxıb edib və sualları cavablandırıb. Millət vəkili Q.Paşayeva AŞ baş katibi qarşısında bir neçə ciddi məsələ qaldırmaqla nədən bu məsələlərə lazımi diqqət ayırmırsınız, biz sizdən bu istiqamətdə ciddi addımlar gözləyə bilərikmi deyə sual edib. “Siz millət vəkilləri qarşısında çıxınızda söylədiniz ki, insan haqlarını müfadiə etmək bizim vəzifəmizdir və əlavə etdiniz ki, Avropa İnsan Haqları Məhkəməsi qərarlarının yerinə yetirilməsi üzv ölkələr tərəfindən məcbiridir və yerinə yetirilməlidir. Siz bir neçə misallar da səsləndirdiniz. Mən Avropa İnsan Hakları Məhkəməsinin “Çıraqov və başqaları Ermənistana qarşı” adlı qərarından danışmaq istəyirəm. Bilirsiniz ki Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından məcburi köçkün düşmüş bir qrup azərbaycanlının Avropa İnsan Hakları Məhkəməsinə müraciəti əsasında məhkəmə bir neçə ay əvvəl qərar çıxardı. Bu qərardan artıq bir neçə ay keçir amma Ermənistan indiyədək bununla bağlı heç bir addım atmayıb. Siz Avropa İnsan Hakları Məhkəməsi qərarlarından danışanda bir neçə məsələyə toxunsanız da təssüf ki bu məsələyə çıxışınızlarınızda toxunmadınız. Avropa İnsan Haqları Məhkəməsinin haqqında qərar çıxardığı o insanların da haqlarını müdafiə etmək sizin vəzifənizdir. Və sizin Assabmleyanın yaz sessiyası başladığından etdiyiniz çıxışlarda Ermənistana müraciətlə Avropa İnsan Haqları Məhkəməsi qərarları yerinə yetirilməlidir tələbi ilə çıxış etdiyinizi xatırlamıram. “Çıraqov və başqaları Ermənistana qarşı” adlı Avropa İnsan Haqları Məhkəmə qərarının yerinə yetirilməsi, bu insanların pozulan haqlarının müdafiəsi istiqamətində sizdən prinspal mövqe gözləyə bilərikmi? O insanlar sizdən bunu məhz bunu gözləyir. Sizə müraciət etmək istədiyim digər bir vacib problem Ermənistanın qeyri-qanuni olaraq neçə aylardır girov saxladığı azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlıdır. Siz hər dəfə bu məsələ gündəmə gələndə deyirsiniz ki münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk Qrupu məşğul olur, bizim qarışmamızı istəmirlər, bizim əlimizdə mexanizmlər yoxdur, bu istiqamətdə çalışıram və.s. Biz sizdən münaqişənin həllini soruşmuruq cənab baş katib biz sizdən konkret olaraq hüquqları Ermənistan tərəfindən tapdalanan, qeyri-qanunu saxlanılan azərbaycanlılarının Ermənistan tərəfindən pozulan haqlarının müdafiəsi istiqamətində nələr edə bilərsiniz onu soruşuruq və sizdən bunu istəyirik. Çünki Avropa Şurası məkanında yaşayan bütü insanlar kimi o insanların da pozulan haqlarını qorumaq sizin vəzifənizdir. Avropa İnsan Haqları Məhkəməsi də daxil olmaqla müxtəlf beynəlxalq təşkilatların sənədlərində vurğulanır ki, işğal etdiyi ərazilər üzərində baş verənlərdə məsuliyyəti Ermənistanın üzərinə düşür. Məsələyə məhz buradan yanaşaraq o insanların azadlığa çıxması üçün AŞ-nın baş katibi kimi hansı addımlar atacaqsınız. O insanlar da, ailələri də sizdən bunu gözləyir. Sizdən hansı dəstəyi gözləyə bilərlər?” Millət vəkili Q. Paşayevanın suallarına və müraciətinə cavabında AŞ baş katibi Yaqland:”Sizin qaldırdığınız məsələləri anlayıram, ağır bir durumdur. Bu istiqamətdə çalışmağa davam edirəm. Təbii ki sözlədiyiniz və mənim də söylədiyim kimi qanun önündə hər kəs bərabər olmalıdır və bərabərdir. Avropa İnsan Haqları Məhkəməsinin bütün qərarlarının yerinə yetirilməsi məsələsində qərarlıyıq”- deyə cavab verib.
Şərhlər