Qarabağda ATƏT müşahidəçilərinin sayı artırılacaq
23.06.2016 10:00 Siyasi reaksiya 1129
Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağda təmas xəttində vəziyyətin normallaşmasına tərəfdar olduqlarını və ATƏT müşahidəçilərinin sayının artırılması barədə razılığa gəldiklərini bildiriblər.
Bunu jurnalistlərə açıqlamasında Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Danışıqlar prosesinin aktivləşməsi ilə bağlı konkret addımlarla yanaşı prezidentlər üçtərəfli bəyanatı razılaşdırıblar, hansı ki, burada təmas xəttində vəziyyətin normallaşmasına öhdəlik, münaqişə zonasında işləyən ATƏT müşahidəçilərinin sayının artırılmasına razılıq ifadə olunub”, - deyə Rusiya XİN başçısı qeyd edib.
Şərhlər