"Nalbandyan yalanına görə utanacaqmı?" - PA rəsmisi

23.06.2016 10:05     Siyasi reaksiya     1142

"Edvard Nalbandyan əvvəlki ampluasındadır. Mərhələli həll variantını dərhal paket variantı elədi. Görəsən, görüşün digər iştirakçıları qarşısında yalanına görə utanacaqmı?"

Karabakh. today xəbər verir ki, bu sözləri Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün facebook səhifəsində Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın səsləndirdiyi fikirləri şərh edərkən yazıb.

"Mənim görüşdə iştirakıma gəldikdə isə bəs düz qarşımda oturan o deyildi? Cənab nazir, yalan-yalan, bu, lap ağ eləmək oldu axı.", - deyə PA rəhbərinin müavini qeyd edib.

Şərhlər

Çox oxunanlar