Terror təhlükəsi olan ölkələr - Siyahıda Azərbaycan da var

29.06.2016 12:59     Siyasi reaksiya     1070

Terror hadisələrinin törədilmə ehtimalı ən yüksək olan ölkələrin siyahısı açıqlanıb.

Reaksiya.az - ın məlumatına görə, siyahı “İnstitute for Economics and Peace” adlı analitik təşkilat tərəfindən hazırlanıb.

Siyahıda terror riskinin ən yüksək olduğu ölkələrin adları qeyd olunub. Türkiyə siyahıda 27-cidir. Azərbaycan isə 93-cü sırada yer alıb. Yəni, Azərbaycan terror riski az olan ölkələr sırasındadır.

Siyahıda ilk yerlərdə İraq, Əfqanıstan, Nigeriya, Pakistan və Suriyan qərarlaşıb. Bu ölkələrdə terror riski çox yüksəkdir.

Qeyd edək ki, ötən gün üç terrorçu-kamikadzenin hava limanına hücumu nəticəsində 36 nəfər ölüb, 147 nəfər yaralanıb.

Şərhlər

Çox oxunanlar