Beynəlxalq İnformasiya və Tədqiqatlar İnstitutunun rəhbərliyi Türkiyə səfirliyində olub - FOTOLAR
30.06.2016 18:41 Siyasi reaksiya 1414
Ölkəmizin vətəndaşları qardaş Türkiyə Respublikasının İstanbul şəhərindəki Atatürk Hava Limanında baş vermiş terror hücumu ilə əlaqədar ikinci gündür başsağlığı əlaməti olaraq Türkiyənin Azərbaycandakı səfirliyinə gül aparmaqda davam edir.
Reaksiya xəbər verir ki, bu gün Beynəlxalq İnformasiya və Tədqiqatlar İnstitutunun rəhbərliyi səfirliyi ziyarət edərək İstanbulda baş vermiş terror hücumunda dünyasını dəyişənlərin xatirəsini yad edib, xatirə kitabında təziyyələrini, ürək sözlərini yazıblar.
Xatırladaq ki, iyunun 28-də üç terrorçu İstanbulun Atatürk Hava Limanında terror aktı törədib. Üç partlayış nəticəsində 42 nəfər ölüb, 238 nəfər yaralanıb. Terror aktına görə, Türkiyədə bir günlük matəm elan olunub. Ölkə daxilində və Türkiyənin xaricindəki rəsmi təmsilçiliklərdə dövlət bayrağı yarıyadək endirilib.
Qeyd edək ki, hadisə ilə əlaqədar dünya liderləri Türkiyəyə başsağlığı verərək terrora qarşı olduqlarını bəyan ediblər.
Şərhlər