Bu gün Varşavada Azərbaycan prezidentinin də iştirak etdiyi NATO sammiti başlayır
08.07.2016 09:00 Siyasi reaksiya 871
Bu gün Polşanın paytaxtı Varşavada NATO sammiti başlayır.
APA-nın məlumatına görə, sammitdə alyansın təhlükəsizliyinin gücləndirilməsi və NATO sərhədlərindən kənarda stabilliyin təmin edilməsi ilə bağlı qərarlar qəbul ediləcək.
NATO liderləri 2 günlük görüşdə Estoniya, Latviya, Litva və Polşaya rotasiya əsasında çoxmillətli taborun göndərilməsini razılaşdıracaqlar. Müttəfiqlər kiber müdafiənin, mülki hazırlığın, ballistik raketlər əleyhinə müdafiənin gücləndirilməsi istiqamətində addımlar atacaq, stabilliyin təmin edilməsi üçün alyansın İraqdakı təlim missiyasını genişləndirmək və onun Mərkəzi Aralıq dənizi bölgəsindəki rolunu artırmaqla bağlı da razılıq əldə edəcəklər.
Sammitdə İŞİD əleyhinə qlobal koalisiyanın dəstəklənməsi üçün havadan erkən xəbərdarlıq və nəzarət təyyarələrinin (AWACS) göndərilməsi təsdiqlənəcək.
Toplantıda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir. Sammit çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin də müzakirəsi gözlənilir.
Şərhlər