`Əliyev və Sarkisyan müharibəni rədd etdi` - Uorlik
09.07.2016 10:40 Siyasi reaksiya 1001
"ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etməyə hazırdır".
Reaksiya xəbər verir ki, bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik öz “Twitter” səhifəsində yazıb.
O, NATO-nun Varşavada keçirilən sammiti çərçivəsində ABŞ dövlət katibi Con Kerrinin ötən gün Azərbaycan və Ermənistan prezidentləri ilə görüşdüyünü xatırladıb:
“Görüşdə bütün tərəflər müharibəni rədd etdilər və danışıqlar prosesinə sadiq olduqlarını bildirdilər”.
Şərhlər