İŞİD Azərbaycana gəlir? - DİN-dən açıqlama
11.07.2016 13:07 Siyasi reaksiya 1178
Türkiyə mətbuatında İŞİD-in terror törədəcəyi ölkələr barədə məlumatlar yayılıb.
Reaksiya Admiral.az - a istinadən xəbər verir ki, məlumatda İŞİD-in Avropa və Türkiyədə yeni terror planları həyata keçirmək üçün döyüşçülərini Azərbaycan, Kipr və Gürcüstan üzərindən hədəflənmiş ünvanlara göndərməyə başladığı bildirilir.
Eyni zamanda, yayılan məlumatlarda İŞİD -in son zamanlar azərbaycanlı və Şimali Qafqaz döyüşçüləri vasitəsilə Türkiyə və Azərbaycanda terror həyata keçirməyi planlaşdırdıqları qeyd edilib.
Türkiyə mətbuatında yayılan xəbərlərə əsasən, Türkiyə Baş Polis İdarəsinin əyalət müdirliklərinə göndərdiyi xəbərdarlıqda göstərilir ki, canlı bomba qismində Azərbaycanda terror planlaşdıran azərbaycanlı və qafqazlı İŞİD-çilərin hədəfində polislər və ailə fərdləri olacaq.
Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Orxan Mansurzadə Admiral.az-a bildirib ki, hazırda bu barədə ciddi araşdırmalar aparılır:
“Hələlik, bu haqda detallı məlumat yoxdur. Araşdırırq. Günün sonuna qədər ictimaiyyətə geniş açıqlama veriləcək”.
Şərhlər