Almaniya Ermənistanı açıq şəkildə işğalçı ölkə adlandırdı

13.07.2016 11:03     Siyasi reaksiya     1242

Ermənistan 1994-cü ildə atəşkəs sazişi imzalandığı andan işğal etdiyi, beynəlxalq hüquqa əsasən Azərbaycana məxsus olan ərazilərdə, o cümlədən də Dağlıq Qarabağda insan hüquqlarının vəziyyətinə görə məsuliyyət daşıyır.

 

"Reaksiya.az"ın oxu.az-a istinadən xəbərinə görə, bu barədə Almaniya Federal hökumətinin dünyada hüquq müdafiəsi siyasəti üzrə 11-ci hesabatında bildirilir. Hesabat bir müddət əvvəl geniş ictimaiyyətə təqdim olunub. Sənəddə qeyd olunur ki, azərbaycanlı qaçqın və məcburi köçkünlər bugünədək işğal olunmuş rayonlara qayıda bilmirlər.

 

Hesabatdakı konkret və birmənalı formullar açıq şəkildə göstərir ki, alman XİN ermənilərin inadla yaydıqları “Qarabağ dövlətçiliyi” barədə miflərə inanmır. Berlində gözəl başa düşürlər ki, işğal olunmuş ərazilərdə insan hüquqlarının vəziyyətinə görə marionet Qarabağ rejimi yox, Ermənistan cavabdehdir, məqalədə qeyd olunur.

 

Daha sonra məqalədə vurğulanır ki, ötən ilin payızında alman hökuməti “Solçular” fraksiyasının parlament sorğusuna cavab olaraq, separatçılarının öz “ordusunun” olması barədə iddiaları təkzib edib.

 

O zaman alman hökuməti bildirmişdi ki, qondarma “DQR”in “özünümüdafiə qüvvələr” 23 min əsgərə malikdir.

 

“Onların 8 min nəfəri Ermənistan Respublikası nizami ordusunun hərbçiləridir. “Özünümüdafiə” qüvvələrinin əsas hissəsi əsasən Ermənistandan çağırılan əsgərlər hesabına formalaşır”, - deyə, o zaman Almaniya XİN bildirmişdi.

 

İndi isə rəsmi Berlin bəyan edir ki, işğal olunmuş ərazilərdəki doğma yurd-yuvalarından qovulmuş Azərbaycan vətəndaşlarının hüquqlarının pozulmasına görə məhz Berlin məsuliyyət daşıyır.

Şərhlər

Çox oxunanlar