Ukrayna prezidenti Azərbaycana rəsmi səfərə gəlib

14.07.2016 09:23     Siyasi reaksiya     1086

 Ukrayna prezidenti Pyotr Poroşenko iyulun 13-də Azərbaycana rəsmi səfərə gəlib.

 

APA-nın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Ukrayna prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Pyotr Poroşenkonu hava limanında Azərbaycan Respublikası baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

 

Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev də daxildir. 

Şərhlər

Çox oxunanlar