QHT – lər Türkiyədəki son hadisələrlə bağlı bəyanat yaydı

16.07.2016 02:01     Siyasi reaksiya     1319

“Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” İB və “Əsgər Ailələrinə Dəstək” İB olaraq Türkiyədə bir qrup hərbçinin ölkəni qarışdırmağa cəhdindən narahat olduğunu bildirir və ümid edir ki, Türkiyədə sülh və əmin – amanlıq tezliklə bərpa olunacaq. İctimai Birliklər bu dəqiqələrdə qardaş ölkəni qarışdırmaq istəyən qüvvələrin bu hərəkətindən olduqca narahatdır. Demokratiya və inkişaf yolunda sürətlə irəliləyən Türkiyə zaman – zaman bu cür sınaqlarla üzləşib və hər zaman bu sınaqlardan üzüağ çıxıb. Milli düşüncə, milli iradə yönündə qardaş Türkiyə dövləti ilə həmrəy olduğumuzu bildirir, ümid edirik ki, tezliklə ölkənin üstündəki qara buludlar çəkiləcək.

Şərhlər

Çox oxunanlar